Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 09:10
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.
APA xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib.
"Müstəqillik Gününüz mübarək, Azərbaycan.
Avropa İttifaqı və Azərbaycan enerji, əlaqə, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığı gücləndirməyə davam edirlər. Tərəfdaşlığımızın 30 ili ərzində qarşılıqlı hörmətə əsaslanan daha əlaqəli, davamlı və firavan bir gələcək qurmaq üçün birlikdə çalışmışıq", - paylaşımda bildirilib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü təbrikMənbə: apa.az