Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 10:21
Rumıniya Azərbaycanla güclü strateji tərəfdaşlığı bir daha təsdiqləyir və enerji, nəqliyyat da daxil olmaqla bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə tam sadiq qalır.
APA xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajında deyilir.
Nazir paylaşımında Azərbaycan hökuməti və xalqına “sevinc dolu bayram və davamlı firavanlıq” arzulayıb.
Rumıniya XİN rəhbəri həmçinin Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi nəqliyyat marşrutunun regional bağlantının genişlənməsinə Rumıniya və Azərbaycanın strateji töhfəsi olduğunu vurğulayıb.
İlqar Xudiyev Rumıniya Azərbaycan Müstəqilli günü təbrikiMənbə: apa.az