Şənbə, 24 Yanvar, 2026
Tarix: 04 Apr 2024 17:14
Fransa Prezidenti Emmanuel Makron “Crocus City Hall”dakı terror aktında ölkəsinin Ukrayna ilə birgə iştirakı barədə ittihamları rədd edib.
APA “Associated Press”ə istinadən xəbər verir ki, o bildirib ki, buna bənzər bəyanatlar ölkəsində sadəcə gülüş doğurur.
Fransa lideri eyni zamanda, ölkəsinin rəsmi Kiyevə dəstəyi davam etdirəcəyini açıqlayıb: “Fransanın bu hücumun təşkilatçılarından biri olduğu barədə fikirlər ağlasığmazdır. Hesab edirik ki, onlar manipulyasiya xarakterlidir və Rusiyanın hərbi aqressiyasına haqq qazandırmaq məqsədi daşıyır”.
Fərid Azəri