Yəmənin sabiq prezidenti Səudiyyə Ərəbistanında vəfat edib

Yəmənin sabiq prezidenti Səudiyyə Ərəbistanında vəfat edib

Tarix: 28 May 2026 14:25

Yəmənin sabiq Prezidenti Əbül Rəbbuh Mənsur Hadi Səudiyyə Ərəbistanında vəfat edib.

Bu barədə AFP agentliyi Yəmən prezidentliyindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, 80 yaşlı Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qəfil sağlamlıq problemi nəticəsində ölüb.

Hadi 2015-ci ildə Yəməndə vətəndaş müharibəsi başlayandan sonra ölkəni tərk edərək, Səudiyyə Ərəbistanına sığınıb.

İlqar Xudiyev Yəmənin sabiq prezidentini ölümü Səudiyyə Ərəbistanı

Mənbə: apa.az

Xəbər Lenti