Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 13:48
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı layihə üzrə əsas əməkdaşlıq prinsiplərini təsdiqləyən sənədi imzalayıblar.
Bu barədə RT məlumat yayıb.
Bundan başqa iki ölkənin liderləri Rusiya-Qazaxıstan münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldıran bəyannamə imzalayıblar.
Qeyd edək ki, Qazaxıstan Rusiyanın ayıracağı kredit hesabına stansiyanın tikintisini “Rosatom”la əməkdaşlıq çərçivəsində 2035–2036-cı illərdə başa çatdırmağı planlaşdırır.
İlqar Xudiyev Tokayev Putin AES tikintisi Qazaxıstan RusiyaMənbə: apa.az