Ukrayna səfiri Azərbaycanı təbrik edib

Ukrayna səfiri Azərbaycanı təbrik edib

Tarix: 28 May 2026 13:47

Ukrayna səfiri Yuri Husyev Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.

“Müstəqillik Günü münasibətilə Azərbaycanı ürəkdən təbrik edirik! Bu çətin dövrdə Azərbaycanın dostluğuna, həmrəyliyinə və sarsılmaz dəstəyinə dərin minnətdarlığımızı bildiririk. Birlikdə qarşılıqlı hörmət və ortaq prinsiplərə əsaslanan strateji tərəfdaşlığımızı gücləndirməyə davam edirik”, - diplomat bildirib.

Mənbə: apa.az

Xəbər Lenti