XİN: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir

XİN: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir

Tarix: 28 May 2026 15:13

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı XİN-nin “X” hesabında paylaşım edilib.

“Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Gürcüstan ölkələrimiz arasında möhkəm dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycan xalqına sülh, firavanlıq və davamlı uğurlar arzulayırıq", - Azərbaycan XİN-ə ünvanlanan təbrikdə bildirilib.

Cəmilə Babayeva XİN Gürcüstan Azərbaycan strateji tərəfdaşlıq

Mənbə: apa.az

Xəbər Lenti