Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır

Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır

Tarix: 28 May 2026 14:59

Rusiya mayın 30-dan etibarən Ermənistandan pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını məhdudlaşdıracaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan gül, bir neçə adda konyak və şərab, həmçinin "Cermuk" mineral suyunun idxalını və satışını qadağan edib.

Fərid Əkbərov Rusiya Ermənistan meyvə-tərəvəz məhsullarının idxalı

Mənbə: apa.az

Xəbər Lenti