Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO - VİDEO

Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO - VİDEO

Tarix: 28 May 2026 20:40

Gürcüstanın paytaxtı Tbilisidə şəhərin əsas rəmzlərindən hesab olunan televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, aksiya 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə həyata keçirilib.

Axşam saatlarından etibarən Tbilisi teleqülləsi və Kür çayı üzərində yerləşən şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, Tbilisi teleqülləsi və “Sülh körpüsü”nün hər il mayın 28-də Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənə halını alıb.

Cəmilə Babayeva Azərbaycan Gürcüstan Tbilisi 28May
Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti