Armen Qriqoryan İsveç, Finlandiya və Litvada işgüzar görüşlər keçirəcək

Tarix: 04 Apr 2024 21:53

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti İsveç, Finlandiya və Litvanın paytaxtlarında işgüzar görüşlər keçirəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərarı aprelin 4-də Baş nazir Nikol Paşinyan imzalayıb.

Armen Qriqoryan aprelin 7-8-də Stokholma, 8-10-da Helsinkiyə, 10-12-də isə Vilnüsə səfər edəcək.

Xəbər Lenti