Şənbə, 24 Yanvar, 2026
Tarix: 04 Apr 2024 21:48
NATO-ya üzv ölkələr Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri, xüsusilə “Patriot” sistemləri ilə təmin etmək imkanlarını nəzərdən keçirmək niyyətindədir.
APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra deyib.
“Müttəfiqlər yardımın vacibliyini başa düşürlər. Onlar hava hücumundan müdafiə sistemlərinin göndərilməsinin də zəruriliyini anlayırlar”, - Stoltenberq vurğulayıb.