Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 22:20
BMT yanında Azərbaycanın Daimi Nümayəndəliyi Nyu-Yorkda 28 May – Müstəqillik Gününə həsr olunan ənənəvi bayraq qaldırma mərasimində iştirak edib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, tədbir Nyu-York şəhərində keçirilib və mərasimdə Azərbaycan-Amerika icmasının nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.
“Bu tarixi günü Azərbaycan-Amerika icmasının üzvləri və digər Nyu-York sakinləri ilə birlikdə qeyd etməkdən məmnun olduq”, – paylaşımda vurğulanıb.
Paylaşılan fotolarda Azərbaycanın dövlət bayrağının Nyu-York küçələrində qaldırıldığı və tədbir iştirakçılarının bayraqlarla mərasimə qatıldığı əks olunub.
https://x.com/AzmissionUN/status/2060059482399391957
Azərbaycan ABŞ NyuYork 28May
Mənbə: apa.az