Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Tarix: 28 May 2026 22:56

Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu nazirliyə çağırıb.

APA xəbər verir ki, bu barədə Finlandiya XİN "X" sosial şəbəkəsində məlumat yayıb.

Səbəb hava məkanının pozulması ilə bağlı olub.

“Finlandiya Xarici İşlər Nazirliyi bu gün Rusiyanın səfirini çağıraraq ehtimal olunan hava məkanı pozuntusu ilə bağlı izahat tələb edib”, – məlumatda deyilir.

Finlandiya Rusiya diplomatiya XİN

Mənbə: apa.az

Xəbər Lenti