Cümə, 29 May, 2026
Tarix: 29 May 2026 00:12
İran ordusu ölkənin cənub bölgələrindən müəyyən hədəflərə doğru raket buraxılışı həyata keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, “Fars” agentliyi İranın cənubundan raketlərin buraxıldığını bildirib.
Agentlik qeyd edib ki, raketlərin dəqiq hədəfi hələ məlum deyil, lakin bəzi mənbələr Fars körfəzi üzərində qarşıdurma ehtimalı barədə məlumat verirlər.
“Fars” həmçinin vurğulayıb ki, bəzi media orqanları Buşəhr və Hörmüzqan vilayətlərində partlayış baş verdiyini iddia etsələr də, agentliyin müxbirlərinin apardığı yerli araşdırmalar indiyədək həmin vilayətlərdə partlayış faktını təsdiqləməyib.
Haşim RahimiMənbə: apa.az