Şənbə, 1 Avqust, 2026
Tarix: 05 Apr 2024 02:42
Yaponiya sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 174 min insanın yaşadığı Tomakomai şəhərindən (Hokkaydo adası) 105 km cənub-şərqdə, 63 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib
Mənbə: apa.az