Cümə, 17 İyul, 2026
Tarix: 29 May 2026 05:22
ABŞ administrasiyası hesab edir ki, ayrı-ayrı insidentlərə baxmayaraq, İranla atəşkəs rejimi hazırda qüvvədədir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, belə razılaşmalar zamanı müəyyən problemlərin yaranması normaldır. Vens bildirib ki, ABŞ-a qarşı hücum olarsa, Vaşinqton cavab verəcək, lakin ümumi mənzərədə atəşkəsin qorunduğunu düşünür.
ABŞ İran atəşkəs CeyDiVens
Mənbə: apa.az