Talibanla İran sərhədçiləri arasında qarşıdurma baş verib

Tarix: 05 Apr 2024 06:49

Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində Taliban tərəfdarları ilə İran sərhədçiləri arasında toqquşma yaşanıb.

APA xəbər verir ki, bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.

Məlumata görə qarşıdurma səbəbindən sərhəd bağlanıb.

Taliban iranlı sərhədçilərdən birini saxlayıb.

Taliban hərəkatının nümayəndələri və İran hakimiyyəti toqquşma ilə bağlı məlumatı hələlik şərh etməyiblər.

Xəbər Lenti