Cümə, 17 İyul, 2026
Tarix: 29 May 2026 06:17
Çin İran və ABŞ arasında münaqişənin həlli istiqamətində Pakistanın vasitəçilik təşəbbüslərini dəstəkləyəcəyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Nyu-Yorkda pakistanlı həmkarı İshaq Darla görüşündə bildirib.
Van İ qeyd edib ki, Pakistan danışıqlarda fəal və etibarlı vasitəçi rolunu oynayır. O vurğulayıb ki, Pekin bütün tərəflərin dialoq və danışıqlara sadiq qalmasını, atəşkəsin möhkəmlənməsini və Yaxın Şərqdə sabitliyin bərpasını dəstəkləyir.
Çin Pakistan İran ABŞ
Mənbə: apa.az