Paşinyanın müavini: Ermənistan Aİİ çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Paşinyanın müavini: Ermənistan Aİİ çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Tarix: 29 May 2026 14:54

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərək, İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına sadiqliyini təsdiqləyib.

“News.am”-ın xəbərinə görə, iclas Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilib.

“Ermənistan bundan sonra da birliyin işində qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və Aİİ-yə üzv olan bütün dövlətlərin milli maraqlarının nəzərə alınması əsasında xoşməramlı şəkildə iştirak etmək niyyətindədir”, - Baş nazirin müavini bildirib.

Qriqoryanın sözlərinə görə, İrəvan Avrasiya inteqrasiyasını həm ayrı-ayrı ölkələrin, həm də bütövlükdə regionun iqtisadi sabitliyini və davamlı inkişafını təmin etmək üçün mühüm vasitə hesab edir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərlə əlaqədar Astanada keçirilən sammitdə iştirak etmir.

Xatırladaq ki, Kreml Ermənistan sakinlərini Aİ və Aİİ-yə üzv olmaq barədə qərar qəbul etməyə çağırıb.

Avrasiya İqtisadi İttifaqı Kasım-Jomart Tokayev Aİ Paşinyan Mqer Qriqoryan

Mənbə: apa.az

Xəbər Lenti