ABŞ Rusiyadan idxal olunan palladiuma rüsum tətbiq etməyəcək

ABŞ Rusiyadan idxal olunan palladiuma rüsum tətbiq etməyəcək

Tarix: 29 May 2026 23:08

ABŞ istehsalçılarına heç bir zərər vurulmadığı qənaətinə əsasən, Ticarət Departamenti Rusiyadan emal olunmamış palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Ticarət Komissiyasının (USITC), açıqlamasında deyilir.

"ABŞ Beynəlxalq Ticarət Komissiyasının mənfi nəticələrini nəzərə alaraq, Ticarət Departamenti Rusiyadan palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etmək əmri verməyəcək", - açıqlamada deyilir.

ABŞ Rusiya palladium

Mənbə: apa.az

Xəbər Lenti