- Şənbə, 4 Yanvar, 2025
Tarix: 05.04.2024 10:14
“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.
Bu barədə "APA-Economics"ə investisiya şirkətindən bildirilib. Məlumata görə, Tural Bayramov “MFX-Trading İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının yeni sədri seçilib.
O, bu vəzifədə Anar Təhməzovu əvəz edib.
Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb. Şirkətin Bakı Fond Birjasında dövriyyəsi bu ilin I rübündə ilk dəfə 10 milyon manata çatıb.