Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 15:34
Baş nazir Əli Əsədov oktyabrın 29-da Gürcüstana işgüzar səfər edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və digər rəsmi şəxslər qarşılayıblar.
***
saat 11.25
Azərbaycanın Baş naziri Əli Əsədov 29-30 oktyabr tarixində Gürcüstana işgüzar səfər edəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.
Əli Əsədovun gürcü həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb.
Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Qeyd edək ki, hər iki ölkənin hökumət başçılarının həmsədrləri olduğu komissiyanın 10-cu iclası ötən ilin yanvarında Bakıda baş tutub.
Firuzə Vahid
Cəmilə Babayeva
Əli Əsədov İrakli Kobaxidze
Mənbə: apa.az