Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Tarix: 29 Oct 2026 14:48

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək.

Bu barədə Polşanın “Rzeczpospolita” nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskinin açıqlamasına istinadən məlumat yayıb.

Lukovski təyyarələrin yaxın vaxtlarda Ukraynaya veriləcəyini bildirib.

“Qərar qəbul edilib və iki MiQ-29 təhvil veriləcək”, – o deyib.

İlqar Xudiyev Polşa Ukrayna MiQ-29

Mənbə: apa.az

Xəbər Lenti