Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Tarix: 29 Oct 2026 15:14

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan–Türkiyə əlaqələrinin gündəliyində duran məsələlər, TDT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçirilib. Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

14:09

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsində baş tutub.

Dəryanur Cəfərova Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidan
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - YENİLƏNİB
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti