Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

Tarix: 30 May 2026 02:33

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla potensial müqaviləyə Hörmüz boğazının dərhal açılması və keçid üçün heç bir ödənişin olmaması daxildir.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.

"Hörmüz boğazı dərhal açılmalı və hər iki istiqamətdə gəmilərin məhdudiyyətsiz keçidi üçün heç bir ödəniş tələb olunmamalıdır", - Tramp yazıb.

Tramp onu da qeyd edib ki, müqaviləyə dəniz blokadasının qaldırılması və Hörmüz boğazının minalardan təmizlənməsi daxildir.

ABŞ Tramp Hörmüz

Mənbə: apa.az

Xəbər Lenti