Şənbə, 30 May, 2026
Tarix: 30 May 2026 05:39
Vaşinqton artıq varlı ölkələrin müdafiə xərclərini öz üzərinə götürmək niyyətində deyil.
APA xəbər verir ki, bu barədə Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik forumunda çıxış edən ABŞ müdafiə naziri Pit Heqset məlumat verib.
"ABŞ-ın varlı ölkələrin müdafiəsini subsidiyalaşdırması dövrü başa çatdı. Bizə protektoratlar yox, tərəfdaşlar lazımdır. Bizə asılılığa deyil, ortaq məsuliyyətə əsaslanan ittifaqlar lazımdır. Bu konsepsiya ittifaqlarımız üçün möhkəm təməl yaradır və onların ötən əsrin deyil, bu əsrin çağırışlarına hazır olmalarını təmin edir", - o bildirib.
ABŞ müdafiə HeqsetMənbə: apa.az