Ukrayna Rusiya ordusunun iki hərbi təyyarəsini və “İsgəndər” raket kompleksini məhv edib - VİDEO

Ukrayna Rusiya ordusunun iki hərbi təyyarəsini və “İsgəndər” raket kompleksini məhv edib - VİDEO

Tarix: 30 May 2026 11:43

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri mayın 30-na keçən gecə Rusiyanın Taqanroq şəhərində yerləşən hərbi aerodromuna zərbələri nəticəsində iki Tupolev Tu-142 uzaqmənzilli sualtı qayıq əleyhinə təyyarə məhv edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.

Bundan əlavə, Rusiyaya məxsus “İsgəndər” operativ-taktiki raket kompleksi də vurulub.

Brovdi əlavə edib ki, əməliyyatın digər nəticələri barədə məlumat daha sonra açıqlanacaq.

Həmin gecə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində neft infrastrukturu obyektləri də dron hücumuna məruz qalıb. Krasnodar diyarındakı neft bazasına da zərbə endirildiyi bildirilir.

İlqar Xudiyev Ukrayna Rusiya Tu-142 təyyarələrinin məhvi İsgəndər raket kompleksi

Mənbə: apa.az

Xəbər Lenti