Şənbə, 30 May, 2026
Tarix: 30 May 2026 12:12
ABŞ zəngin dövlətlərin müdafiəsini maliyyələşdirməyəcək.
APA xəbər verir ki, bunu ABŞ müharibə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışında deyib.
“ABŞ-ın zəngin dövlətlərin müdafiəsini subsidiyalaşdırdığı dövr başa çatıb. Bizə protektoratlar deyil, tərəfdaşlar lazımdır”, - o qeyd edib.
Heqset bildirib ki, alyanslar yalnız qarşılıqlı məsuliyyət əsasında işləyə bilər:
“Müttəfiqliklər yalnız həqiqi tərəfdaşlıq olduqda işləyir. Bu, ikitərəfli hərəkət küçəsidir. Hər kəs özünü riskə atmadan güclü alyans ola bilməz. Burada havayı sərnişinlərə yer yoxdur”.
O əlavə edib ki, müttəfiqliklərin gücü simvolik jestlərlə deyil, real hərbi imkanlarla ölçülür:
“Tarix hələ bitməyib. Müttəfiqliklər bayraqların sayı ilə deyil, döyüş bölmələrinin sayı ilə qiymətləndirilir. Bağışlayın ki, bunu burada deyirəm: daha az Şanqri-La Dialoqu, daha çox gəmi və sualtı qayıq lazımdır”.
ABŞ müharibə naziri Vaşinqtonun regionda qüvvələr balansını qorumağa çalışdığını vurğulayıb:
“ABŞ-ın məqsədi amerikalıların və müttəfiqlərimizin maraqlarına uyğun dayanıqlı qüvvələr balansını qorumaqdır. Heç bir dövlət, o cümlədən Çin hegemonluq qura və ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir”.
İlqar Xudiyev ABŞ Pit Heqset Çin "Şanqri-La Dialoqu" SinqapurMənbə: apa.az