Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Tarix: 30 May 2026 12:00

1–5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi Bernhard Kelkes Baku Enerji Həftəsində iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər edəcəklər.

APA Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.

Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi, Bakı Enerji Forumunda iştirak, ADA University-də təqdimatların təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi gözlənilir.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti