Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Tarix: 30 May 2026 13:02

Almaniyanın Münhen Beynəlxalq Hava Limanında bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarının ərazidə müşahidəsi səbəbilə hava hərəkəti müvəqqəti dayandırılıb.

“Bild” xəbər verir ki, PUA şübhəsi ilə təhlükəsizlik tədbirləri görülüb və həm uçuş-enmə zolaqları bağlanıb, həm də ümumi hava əməliyyatları qısa müddətə dayandırılıb. Polis hadisə yerinə cəlb olunub və araşdırma aparılıb.

Hava limanı əməliyyatları bərpa etsə də, bəzi reyslərdə gecikmə və ləğvlər qeydə alınıb.

Hazırda vəziyyət nəzarət altındadır və araşdırma davam edir.

İlqar Xudiyev Münhen hava limanı dron Almaniya

Mənbə: apa.az

Xəbər Lenti