Çərşənbə axşamı, 2 İyun, 2026
Tarix: 01 Jun 2026 12:02
Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti təbrikMənbə: apa.az