Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

Tarix: 01 Jun 2026 20:36

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib.

APA xəbər verir ki, bu, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında memorandumdur. ABŞ Prezidenti tərəfindən imzalanmış həmin xatirə nüsxəsində Azərbaycan dövlət başçısına öz xətti ilə yazılaraq ünvanlanmış səmimi müraciət yer alıb.

Mənbə: apa.az

Xəbər Lenti