Çərşənbə axşamı, 2 İyun, 2026
Tarix: 01 Jun 2026 20:10
Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
APA xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Prezident, əziz Qardaş.
Nikaraqua Respublikasının Barışıq və Milli Birlik Hökuməti və xalqı adından, həmçinin öz adımızdan Sizi, qardaş Azərbaycan Respublikasının xalqını və Hökumətini 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Biz hörmətli Azərbaycan xalqının tarixini, ləyaqətini və vətənpərvərlik ruhunu dəyərləndirir, ölkənizin suverenliyinə, tərəqqi və rifah yoluna hörmətimizi bir daha ifadə edirik.
Mübarək və əbədi azad Nikaraquamızdan xalqlarımızı və hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət prinsipi əsasında daha da möhkəmləndirmək iradəmizi bir daha təsdiqləyirik.
Cənab Prezident, əziz Qardaş, Sizə və dost Azərbaycan xalqına davamlı sülh, tərəqqi və yeni qələbələr arzulayır, ən səmimi qardaşlıq salamlarımızı qəbul etməyinizi xahiş edirik”.
Daniel Orteqa təbrik məktubu
Mənbə: apa.az