Bazar, 9 Avqust, 2026
Tarix: 02 Jun 2026 14:35
“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısı genişlənib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışın verilməsi də həyata keçiriləcək.
Firuzə Vahid ASAN xidmət narkotikMənbə: apa.az