bp: AÇG üzrə neft hasilatının təbii azalmasının stabilləşdirilməsi üçün işlər aparılır

bp: AÇG üzrə neft hasilatının təbii azalmasının stabilləşdirilməsi üçün işlər aparılır

Tarix: 02 Jun 2026 15:02

"Azəri-Çiraq-Günəşli" (AÇG) neft yataqları blokunda neft hasilatının təbii azalmasının stabilləşdirilməsi üçün müvafiq işlər aparılır.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, AÇG bloku 30 ildir ki istismardadır və burada layların vəziyyətinin öyrənilməsi üçün burada dörd ölçülü seysmik tədqiqat həyata keçirilir.

"Bu ona görə aparılır ki, biz laylardakı hazırkı vəziyyəti görək və həm də laylardakı ehtiyatların, mayenin hərəkət istiqamətlərini müəyyənləşdirək. Orada su var, neft var, qaz var və bunlar hansı istiqamətlərdə hərəkət edir, bunu biz birinci olaraq anlamalıyıq.", - Cio Kristofoli qeyd edib.

O əlavə edib ki, aparılan seysmik işləri proqramı beş ili əhatə edir.

Emil İsmayılov neft hasilatı stabilləşdirmə

Mənbə: apa.az

Xəbər Lenti