Rusiya ordusu son 1 həftədə Ukraynadakı obyektlərə 39 zərbə endirib

Tarix: 05 Apr 2024 18:08

Rusiya ordusu Kiyevin Rusiyanın neft-qaz sənayesi və energetika obyektlərinə zərər vurmaq cəhdlərinə cavab olaraq martın 31-dən aprelin 5-dək yüksək dəqiqlikli silahlarla 39 zərbə endirib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr Ukraynanın energetika sənayesi obyektlərinə, hərbi-sənaye kompleksi müəssisələrinə, arsenallara və yanacaq anbarlarına endirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilir ki, həftə ərzində Ukrayna qoşunlarının ümumi itkiləri 5075 nəfər təşkil edib.

Bir həftə ərzində Ukraynanın üç Su-25 hücum təyyarəsi, iki Su-27 qırıcısı, bir MiQ-29 və beş S-300 buraxılış qurğusu məhv edilib.

Qeyd olunub ki, qarşıya qoyulan məqsədlərə nail olunub, bütün hədəflər vurulub.

Xəbər Lenti