SOCAR-ın vitse-prezidenti: Azad edilmiş ərazilərdə geotermal enerji layihələri üzərində işləyirik

SOCAR-ın vitse-prezidenti: Azad edilmiş ərazilərdə geotermal enerji layihələri üzərində işləyirik

Tarix: 02 Jun 2026 16:39

Azad edilmiş ərazilərdə geotermal enerji layihələri üzərində işləyirik.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yaşıl enerjidən regional inteqrasiyaya: Enerji körpüləri” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Əfqan İsayev deyib.

Onun sözlərinə görə, SOCAR azad edilmiş ərazilərdə geotermal enerji potensialının inkişafı imkanlarını araşdırır.

Əfqan İsayev bildirib ki, Energetika Nazirliyinin dəstəyi ilə geotermal enerjinin inkişafını təşviq edəcək tənzimləyici mexanizmlər, tarif sistemi və beynəlxalq investorlar üçün əlavə risk azaldıcı alətlər hazırlanır.

“Geotermal enerjinin inkişafı hətta Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf proqramına da daxil edilib. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanın bu potensialından istifadə edə biləcəyik”, – deyə o qeyd edib.

SOCAR rəsmisinin sözlərinə görə, şirkət həmçinin regional elektrik enerjisi mübadiləsi layihələrində iştirakda maraqlıdır və bu istiqamətdə aparılan texniki-iqtisadi əsaslandırmaların nəticələrini gözləyir.

Rahim Tarıverdiyev SOCAR geotermal enerji layihələri

Mənbə: apa.az

Xəbər Lenti