Cümə, 19 Dekabr, 2025
Tarix: 05 Apr 2024 19:10
ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudalı zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Lebanon rayonundan 5,5 km şimal-qərbdə olub. Zəlzələ ocağı 1 km dərinlikdə yerləşib.
https://t.me/apa_az/82403Zəlzələ Nyu-Yorkda, o cümlədən BMT-nin mənzil-qərargahında hiss edilib. Zəlzələyə görə BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb.