Çərşənbə axşamı, 2 İyun, 2026
Tarix: 02 Jun 2026 19:39
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.
Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.
Müdaifə Nazirliyi Zakir Həsənov Gürcüstan




Mənbə: apa.az