Şənbə, 24 Yanvar, 2026
Tarix: 06 Apr 2024 01:33
Tacikistan vətəndaşları artıq Türkiyəyə vizasız daxil ola bilməyəcəklər.
APA xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan fərman imzalyıb.
“Ümumi pasportla Türkiyəyə daxil olan Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi qərara alınıb”, - deyə qeyd olunub.
Qərarın səbəbləri açıqlanmayıb.