“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Tarix: 05 Jun 2026 11:28

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edilib ki, yarışda Cənub Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

"Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəb I yerə, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəb II yerə, Lerik rayon Piran kənd tam orta məktəbi isə III yerə layiq görülüb. Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb",- məlumatda qeyd edilib.

Emin Şirvanzadə FHN yarış Cənub Regional Mərkəz “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışları

Mənbə: apa.az

Xəbər Lenti