Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

Tarix: 23 Oct 2026 18:46

Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, Dubaydan Domodedovoya gedən Airbus A380 təyyarəsi Penza vilayətinin üzərində dövrə vurur. Qeyd edək ki, Ukrayna ordusu son bir neçə saat ərzində Moskvanın aeroportlarını dronlarla hədəf olub. Nəticədə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-“Rosaviasiya” Moskvanın hava məkanını tam qapadıb. Bütün hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq olunub.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti