Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 17:27
Şərur rayonunda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, rayonun İbadulla kəndində soyuducu anbarda yük rəflərinin aşması nəticəsində 2 nəfər yükün altında qalıb.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Məmmədova həyatını itirib. 1976-cı il təvəllüdlü Səidə Zamanova xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.
Ceyhun Məmmədov Şərur hadisə ölüm faktı xəsarət
Mənbə: apa.az