Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 09:42
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.48 ABŞ dolları və ya 0.73% artaraq 66.62 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.14 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Şükran Məmmədov Azərbaycan nefti Azərbaycan neftinin qiyməti neft