Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 18:32
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib.
APA-nın Moskva bürosu xəbər verir ki, PUA-lar Vnukovo, Domodedovo və Şeremetyevo aeroportlarına Serpuxov, Çexov, Ramenskoye, Elektrostal və Noginsk şəhərləri üzərindən uçaraq gəlib. Meteoroloji şarların və digər hava şarlarının dronların çatdırılması və buraxılış platformaları kimi istifadə olunduğu bildirilib. Moskva meri paytaxta doğru uçan 26 PUA-nın məhv edildiyini açıqlayıb.
Fərid ƏkbərovMənbə: apa.az