Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 21:21
Türkiyə Səudiyyə Ərəbistanına dəstək göstərsə də, Yəməndəki husi qüvvələri ilə birbaşa hərbi qarşıdurmaya girməyi planlaşdırmır.
APA-nın Türkiyə bürosunun “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanına göstərilən dəstəyin əsas məqsədi çəkindirmə siyasətinin həyata keçirilməsidir.
“Səudiyyə Ərəbistanına dəstəyin məqsədi çəkindirmədir. Husilərlə toqquşmaya girilməyəcək”, – deyə Yaşar Gülər vurğulayıb. Yaşar Gülər Səudiyyə Ərəbistanına mümkün hərbi dəstəyin məqsədinin çəkindirməni gücləndirmək olduğunu bildirib.
O qeyd edib ki, Türkiyə Səudiyyə Ərəbistanına Qətərdə olduğu kimi dəstək verməyi nəzərdə tutur, lakin husilərlə hər hansı toqquşmaya girmək planlaşdırılmır. Prioritet regionda yeni gərginliklərin qarşısını almaq, təhlükəsizlik və sabitliyə töhfə verməkdir.
Dəryanur Cəfərova Türkiyə Yaşar Gülər Səudiyyə Ərəbistanı Yəmən husilər hərbi əməkdaşlıq Yaxın Şərq təhlükəsizlik
Mənbə: apa.az