Moskva Cənubi Qafqazda kommunikasiyaların tam şəkildə açılmasını dəstəkləyir

Moskva Cənubi Qafqazda kommunikasiyaların tam şəkildə açılmasını dəstəkləyir

Tarix: 05 Jun 2026 12:20

Moskva Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının tam şəkildə açılmasını dəstəkləyir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilən "3+3 Platforması: Ümumi Çətinliklər və Strateji Tərəfdaşlıq" sessiyasında bildirib.

Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının açılması "3+3" çərçivəsində tam hüquqlu iş üçün zəruridir.

“Bizim fikrimizcə, Cənubi Qafqazın tranzit potensialının inkişafında regiondakı bütün ölkələrin iştirakını təmin etmək vacibdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərini, eləcə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədlərini açmadan tam nəqliyyat əlaqəsindən danışmaq mümkün deyil. Bizim fikrimizcə, bu nə qədər tez baş verərsə, bütün regional oyunçular bir o qədər çox logistika imkanlarına sahib olacaqlar”, - rusiyalı diplomat vurğulayıb.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti