Cümə, 5 İyun, 2026
Tarix: 05 Jun 2026 15:44
Beliz və Palau bayraqları altında üzən və Türkiyədən Rostov-na-Donu limanına gedən “Natra” və “Zirkon” gəmilərinə iyunun 5-də səhər saatlarında Azov dənizində hücum edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azov dənizində “Natra” və “Zirkon” gəmilərinə hücumla bağlı şərhində bildirilib.
Qeyd olunub ki, hər iki gəmidə ölən və yaralananların arasında Azərbaycan Respublikasının vətəndaşları da var.
Bildirilib ki, yaralı dənizçilərə Rusiya gəmisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəstəsi kömək edib.
“Qurbanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova hadisənin hansı şəraitdə baş verdiyinin araşdırıldığını qeyd edib.
Onun sözlərinə görə, əldə olunan məlumatlar gəmilərə Ukrayna dronlarının hücum etdiyini göstərir.
XİN rəsmisi Rusiya Moskvadakı Azərbaycan səfirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə sıx təmasda olduğunu da bildirib: “Rusiya tərəfi hadisənin hansı şəraitdə baş verməsi barədə məlumat əldə etməkdə və Azərbaycan vətəndaşlarının konsulluqla əlaqə saxlamasını təmin etməkdə tərəfdaşlarına bütün lazımi köməkliyi göstərəcək”.
Fərid Əkbərov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azov dəniziMənbə: apa.az