İsraildə növbədənkənar seçki keçirilməsi tələbilə aksiya olub

Tarix: 06 Apr 2024 23:03

Təl-Əvivin mərkəzində İsraildə növbədənkənar seçkinin keçirilməsi ilə bağlı daha bir aksiya keçirilib.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, tələblər arasında Qəzzada saxlanılan minlərlə əsirin azadlığa buraxılması da var.

Xatırladaq ki, bir müddət öncə HAMAS-ın Siyasi Şurasının üzvü Məhəmməd Nəzzal İsrail tərəfinin danışıqları çıxılmaz nöqtəyə çatdırdığını bəyan edib.

Xəbər Lenti