İsmayıllıda Mercedes markalı avtomobil yanıb

İsmayıllıda Mercedes markalı avtomobil yanıb

Tarix: 08 Jun 2026 09:36

İsmayıllıda avtomobil yanaraq yararsız hala düşüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, Rafael Nəsirova məxsus Mercedes markalı avtomobil bir anda alovlanaraq yararsız hala düşüb.

Əraziyə FHN-in yanğından mühafizə əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

İlham Əhmədov yanğın FHN

Mənbə: apa.az

Xəbər Lenti